Ötən ay dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə 76 müraciət olunub

Ötən ay dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə 76 müraciət olunub
# 03 mart 2014 13:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin fevral ayı ərzində ölkədə dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə 76 müraciət olunub.

Səhiyyə Nazirliyinin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, müraciət edənlərdən 38 nəfəri xəstəxanaya yerləşdirilib.

Dəm qazından zəhərlənənlər arasında qadınların üstünlük təşkil etdiyini bildirən A.Maqsudov qeyd edib ki, onların 70%-i qadın, 30%-i isə kişilərdir. Fevral ayı ərzində dəm qazından zəhərlənmə nəticəsində mərkəzə yerləşdirilən 1 nəfər dünyasını dəyişib. Onun sözlərinə görə, cari ilin fevral ayında Azərbaycanda dəm qazından zəhərlənmələrin sayı ötən ilin müvafiq dövrünə nisbətən azalıb: “Keçən ilin fevral ayında müraciətlər daha çox idi. Belə ki, ötən ilin fevral ayında dəm qazından zəhərlənmə ilə bağlı mərkəzə 86 müraciət daxil olub. Onlardan 43 nəfəri xəstəxanaya yerləşdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR