Rusiya XİN: Ukrayna Ali Radasındakı hərəkətlərin legitimliyi narahatlıq doğurur

Rusiya XİN: Ukrayna Ali Radasındakı hərəkətlərin legitimliyi narahatlıq doğurur
# 24 fevral 2014 16:08 (UTC +04:00)

Qeyd olunur ki, narahatlıq son günlər Kiyevdə və regionlarda baş verən silahlı toqquşmalardan və zorakılıq aktlarından qaynaqlanır: “Ukraynadakı böhranın nizamlanması haqqında 21 fevral tarixli razılaşma yerinə yetirilmir. Ukrayna Ali Radasındakı hərəkətlərin legitimliyi də narahatlıq yaradır. Yalnız “inqilabi məqsədəuyğunluğa” əsaslanaraq Ukraynada yaşayan rusların və digər milli azlıqların hüquqların da pozulmasına yönəlmiş “qərarlar” və “qanunlar” möhürlənir”.

Rusiya XİN az qala rus dilinin qadağan olunması, sərf etməyən partiya, təşkilat və KİV-lərin qapadılması səviyyəsinə çatan çağırışlardan, neonasist ideologiyanın təbliğatına qadağaların aradan qaldırılmasından narahatlığını bildirir: “Qərbdən olan bəzi tərəfdaşların mövqeyində Ukraynanın taleyindən narahatlıq yox, birtərəfli geopolitik hesablama durur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR