Azərbaycan şirkətləri Özbəkistana sərgiyə dəvət olunur

Azərbaycan şirkətləri Özbəkistana sərgiyə dəvət olunur
# 03 mart 2014 10:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Daşkənd şəhərində (Özbəkistan) «Uzaqroekspo-2014» X beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək. Sərginin noyabrın 26-28-də keçirilməsi planlaşdırılır.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr bu sərgidə iştiraka dəvət olunur.

Sərgini «IEG Uzbekistan» beynəlxalq sərgi şirkəti təşkil edir. Tədbirə Özbəkistan Kənd və Su Təsərrüfatı Nazirliyi, Özbəkistan Qida Sənayesi Müəssisələrinin Assosiasiyası, ölkənin Ticarət-Sənaye Palatası, həmçinin Özbəkistan Fermerlər Şurası rəsmi dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR