Türkiyədə İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTOSESSİYA

Türkiyədə İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 fevral 2014 19:22 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, piket 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə İran hakimiyyətinin milyonlarla azərbaycanlını öz dillərində təhsil almaq hüququndan məhrum etməsinə etiraz məqsədi daşıyıb.

Belə ki, Türkiyə vətəndaşı olan və ya bu ölkədə mühacirət həyatı yaşayan yüzlərlə azərbaycanlı fevralın 22-də Kuğulu parkına toplaşaraq İran səfirliyinə doğru yürüş ediblər. Nümayişçilər İranda on milyonlarla azərbaycanlının dilinə qadağa qoyulması və son günlərdə təhlükəsizlik qüvvələrinin geniş miqyasda həbslərə başlamasına kəskin etiraz ediblər. Onlar əllərində yazılı plakatlar daşıyaraq İranda Azərbaycan dilinin rəsmi dil olmasını tələb ediblər.

Aksiyada İrandakı mövcud hakimiyyətin yürütdüyü siyasətə qarşı şüarlar səsləndirilib, həbsə alınmış azərbaycanlı fəalların azadlığı istənilib. Sonda piketin bəyanatı oxunub. Sənəddə Güney Azərbaycanda insan haqlarının geniş şəkildə pozulması, onların ana dili ilə bağlı hüquqlarının təmin edilməməsi və qanunsuz yerə həbs olunması pislənilib.

Bəyanatda həmçinin BMT, beynəlxalq insan haqlarını müdafiə təşkilatlarından və kütləvi informasiya vasitələrindən bu cür məsələlərə daha çox diqqət yetirməsini tələb ediblər. Nümayişçilər sonda yenidən Kuğulu parkına qayıdaraq Xocalı soyqırımı ilə bağlı keçirilən imzatoplama kampaniyasında iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR