«Transneft»: Azərbaycan Bakı-Novorossiysk kəməri ilə neftin tranziti ilə bağlı müqavilənin uzadılmasını xahiş edib

«Transneft»: Azərbaycan Bakı-Novorossiysk kəməri ilə neftin tranziti ilə bağlı müqavilənin uzadılmasını xahiş edib
# 13 fevral 2014 13:46 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə «ITAR-TASS»ın məlumatında deyilir.

Məlumatda deyilir ki, bu ilin yanvarında «Transneft» Azərbaycanın neftin tranziti ilə bağlı əvvəlki kommersiya sazişinə dair hər hansı təşəbbüsü olmadığından, bu kəmərin konservasiyası üzrə işlərə başlayıb.

Qeyd edək ki, ötən ilin mayında bu kəmər vasitəsi ilə neftin nəqlinə dair Azərbaycan və Rusiya arasında hökumətlərarası sazişə xitam verilib. Rusiya tərəfi bəyan edib ki, Azərbaycan nəql edilən neftin həcmi üzrə öhdəlikləri yerinə yetirməyib. Nəticədə, «Transneft»in tranzit gəlirləri nəqletmə sisteminin işlək vəziyyətdə saxlanılması xərclərini ödəmirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR