Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili: “Prezident İlham Əliyevin Bişkekə səfərinin təşkili ilə bağlı işlər aparılır”

Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili: “Prezident İlham Əliyevin Bişkekə səfərinin təşkili ilə bağlı işlər aparılır”
# 13 fevral 2014 08:11 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranov bildirib ki, səfərin dəqiq tarixi hələlik müəyyənləşməyib:

“İstəyərdik ki, səfər ya yaz, ya da yay aylarında baş tutsun. Səfər zamanı unikal İsıkkul gölünə ziyarəti də təşkil etmək istəyirik. Gələcəkdə gölün yaxınlığında türkdilli ölkələrdən olan uşaqlar üçün “Artek” düşərgəsinə bənzər istirahət mərkəzini yaratmağı planlaşdırırıq. Bu işə Heydər Əliyev Fondunu də dəvət etmək niyyətindəyik”.

A.Buranov eyni zamanda Bişkekin yeni meri Kubanıçbek Kulmatovun Bakıya səfərinin təşkili ilə bağlı işlərin aparıldığını bildirib. O qeyd edib ki, səfər zamanı Bakı və Bişkek arasında əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR