Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - <span style="color: red;">FOTO
# 07 mart 2014 16:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda elmi konfrans keçirilib. İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə institutun direktoru, akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi inkişaf yolundan ətraflı danışıb. Heydər Əliyevin Naxçıvanda tarixi fəaliyyətini xüsusi qeyd edən akademik prezident İlham Əliyevin Muxtar Respublikanın 90 illiyi ilə bağlı imzaladığı sərəncamın böyük əhəmiyyət daşıdığını vurğulayıb. İ.Həbibbəyli ölkənin digər regionları ilə yanaşı Naxçıvana da dövlət tərəfindən xüsusi qayğı göstərildiyini önə çəkib.

Akademik ölkə prezidentinin sərəncamına uyğun olaraq bu gündən Muxtar Respublikanın yubiley tədbirlərinə start verildiyini, bu məqsədlə AMEA-da beynəlxalq konfrans keçirilməsinin nəzərdə tutulduğunu, akademiyanın bir sıra elmi-tədqiqat müəssisələrində silsilə tədbirlərin planlaşdırıldığını qeyd edib. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi altında Naxçıvanın müasir tarixi mərhələlərini əks etdirəcək üçcildliyin artıq birinci nəşrinin işıq üzü gördüyünü nəzərə çatdıran akademik İ. Həbibbəyli yaxın müddətdə akademiyada bu qədim diyara aid biblioqrafik göstərici və məqalələr toplusu nəşr ediləcəyini, bununla bağlı akademiya rəhbərliyi tərəfindən qərar qəbul edildiyini diqqətə çatdırıb. Akademik Naxçıvana aid, ümumiyyətlə, ölkənin digər regionları ilə əlaqədar kitab və məqalələrin müntəzəm olaraq çap edildiyini yüksək qiymətləndirib, bu istiqamətdə işlərin bundan sonra da davam etdirilməsini məqsədəuyğun hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR