Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış viza rejiminin sadələşdirilməsi sazişi bu ilin ikinci yarısında qüvvəyə minəcək

Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış viza rejiminin sadələşdirilməsi sazişi bu ilin ikinci yarısında qüvvəyə minəcək
# 28 fevral 2014 08:09 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.

O, xatırladıb ki, ötən il Azərbaycanla Aİ viza rejiminin sadələşdirilməsi üzrə sənədi imzalayıblar: “Readmissiya sazişi imzalandıqdan sonra həm Azərbaycan, həm də Avropa parlamenti tərəfindən ratifikasiya olunmalıdır. Hesab edirəm ki, yay aylarına kimi bu sənədlər ratifikasiya olunacaq və cari ilin ikinci yarısında qüvvəyə minəcək”.


Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi üzrə saziş ötən ilin noyabrında Vilnüsdə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində imzalanıb, sənədi Azərbaycan parlamenti ratifikasiya edib. Readmissiya sazişi Aİ ölkələrində qanunsuz yaşayan və deportasiya qaydalarının təsiri altına düşən Azərbaycan vətəndaşlarının vətənə qaytarılmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR