UEFA Kuboku turnirinin adı dəyişdiriləcək
08 iyul 2008 11:20 (UTC +04:00)
Berlin-APA. “Bavariya” klubunun prezidenti Karl-Xaynts Rummeniqe UEFA Kuboku yarışlarının adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. APA-nın məlumatına görə, hazırda “G-14”ə rəhbərlik edən Rummenige yarışın UEFA Avropa Liqası (UEFA Europa League) adlandırılmasını təklif edib: “Ümidvarıq ki, ad və brendin dəyişdirilməsi UEFA Kuboku yarışlarının 10-15 il əvvəlki şöhrətini qaytaracaq. İndi isə əksəriyyət UEFA Kubokunu ikinci sort turnir hesab edir”. UEFA-dakı mənbələr ad dəyişikliyi ilə bağlı qərarın sentyabrda qəbul olunacağını bildirir. Turnirin adı ilə yanaşı formatının da dəyişdiriləcəyi gözlənilir. Yeni təklif olunan formata görə, UEFA Kuboku iştirakçıları hər birində 4 komanda olmaqla 12 qrupda mübarizə aparacaqlar.
Futbol
"Mançester Siti" "Tottenhem"i məğlub edib
01:59
15 may 2024
AFFA: Premyer Liqada komanda sayı artırılmayacaq
19:39
13 may 2024
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin VII Universiadası keçirilib - FOTO
01:19
13 may 2024
"Arsenal" "Mançester Yunayted"i məğlub edərək zirvəyə yüksəlib
00:47
13 may 2024