Bank Of Baku

Qurban Qurbanov “Qarabağ” klubunu çalışdıracaq

Qurban Qurbanov “Qarabağ” klubunu çalışdıracaq
# 04 avqust 2008 10:44 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-Sport. Qurban Qurbanov Ağdamın “Qarabağ” klubunun yeni baş məşqçisi təyin olunub. “APA-Sport” agentliyinin məlumatına görə, türkiyəli mütəxəssis Rasim Karanın istefasından sonra klub rəhbərliyi baş məşqçi postunu Q.Qurbanova tapşırıb. “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəllə görüşən 36 yaşlı mütəxəssis gələcək əməkdaşlığı müzakirə edib. Bu gün klub rəhbərliyi ilə bir daha görüşəcək Q.Qurbanovun təyinatı bundan sonra rəsmiləşəcək. Futbolçu karyerasında “Qarabağ”da oynamayan keçmiş hücumçu hazırkı klubunu məşqçi kimi üstələyib. Belə ki, Q.Qurbanov “Neftçi”nin çalışdırıcısı kimi ötən ilin aprelin 27-də Rasim Karanın komandasını Suraxanı stadionunda 2:0 hesabı ilə yenib. Q.Qurbanov məşqçilik fəaliyyətinə başladığı flaqmanı çalışdırdığı 15 ayda gümüş mükafat və UEFA kubokuna vəsiqə qazanıb. 2005-ci ilin iyulunda Avstriyanın “Rid” klubu ilə görüşdə (1:3 və 2:0) mərhələ adlaya bilməyən məşqçi yeni mövsümün 4-cü turundan - sentyabrın 2-də “İnter”lə oyundan (0:0) sonra istefa verib. Bundan sonra klubda idman direktoru vəzifəsində çalışan Q.Qurbanov üç həftə öncə bu postdan da istefa verib. O, idman direktoru kimi fəaliyyətinə üç il öncə futbolçu karyerasını bitirdiyi “İnter”də başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR