Bank Of Baku

İqor Mitreski: “Neftçi” mövsümün sonunadək liderliyini qoruya biləcək”

İqor Mitreski: “Neftçi” mövsümün sonunadək liderliyini qoruya biləcək”
# 07 dekabr 2011 10:58 (UTC +04:00)
Bakı – APA. “Komandamız hazırda yüksək səviyyəli oyun göstərir. Bunun məntiqi nəticəsi kimi hazırda zirvədə qərarlaşıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun futbolçusu İqor Mitreski deyib.

Premyer Liqanın XVI turunun AZAL-la oyunu haqda da fikirlərini açıqlayan makedoniyalı legioner bildirib ki, AZAL-la qarşılaşmaya həmişəki qaydada hazırlaşırlar: “Çalışacağıq baş məşqçinin bütün tapşırıqlarını layiqincə yerinə yetirək. Biz hər rəqibə hörmətlə yanaşırıq. Lakin bu, adi görüşlərdən biridir, qələbəyə oynayacağıq. İnanıram ki, “Neftçi” mövsümün sonunadək liderliyini qoruya biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR