Bank Of Baku

Türkiyədə danışılmış oyunlarda şübhəli bilinən Sərdar Adalı, Tayfur Havutçu, Ümid Karan, İbrahim Akın və daha dörd nəfər azadlığa buraxılıb

Türkiyədə danışılmış oyunlarda şübhəli bilinən Sərdar Adalı, Tayfur Havutçu, Ümid Karan,  İbrahim Akın və daha dörd nəfər azadlığa buraxılıb
# 12 dekabr 2011 16:21 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, İstanbul məhkəməsi növbəti iclasında həbs olunanlardan 8 nəfərin azadlığa buraxılmasına qərar verib.

Bunlar “Beşiktaş” rəsmisi Serdar Adalı, baş məşqçisi Tayfur Havutçu, “Beşiktaş”ın protokol müdiri Ahmet Ateş, “Diyarbəkirspor” klubunun keçmiş prezidenti Əbdürrəhman Yaqut, futbolçular İbrahim Akın, Ümit Karan, Korcan Çelikay və İskender Alındır. Onlar istintaq bitənədək azadlıqda qalacaqlar. Bundan başqa, bir sıra futbolçu və məşqçilər haqda stadionlara girişin qadağan edilməsi qərarı ləğv olunub.

Gökçek Vedersonun oynamasına qoyulan qadağa da aradan qaldırılıb və o, “Bursaspor”un növbəti matçında forma geyinə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR