Bank Of Baku

“Milan” və “Yuventus” klubları Azərbaycan komandasına rəqib oldu

“Milan” və “Yuventus” klubları Azərbaycan komandasına rəqib oldu
# 13 dekabr 2011 11:15 (UTC +04:00)
Bakı – APA. İtaliyada keçirilən futbol üzrə ənənəvi “Karnivali” turnirinin iştirakçılarının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 9-cu dəfə təşkil olunacaq yarışda bu dəfə 1999-cu il təvəllüdlülər mübarizə aparacaq. Yarış iştirakçıları arasında Azərbaycan təmsilçisi “Tərəqqi” də olacaq.

Komandamız 2012-ci il fevralın 17-dən 21-dək davam edəcək turnirdə adlı-sanlı rəqiblərlə mübarizə aparacaq. İtaliyanın “İnter”, “Milan”, “Yuventus”, “Pruva”, “Ostua Mare”, “Sud Tirol”, “Ravenna”, “Laskaris”, “Roma” və “Prato”, İsveçrənin “Lütsern”, Rusiyanın “Zenit”, “Krasnodar”, Argentinanın “Los Aromos” klubları da “Tərəqqi”nin rəqibləri sırasındadır.

Qeyd edək ki, indiyədək bu yarışda yalnız İtaliya komandaları kubok qazanıb. “Bari” 2002, “Yuventus” 2003, 2004, “İnter” 2005, 2007, 2011, “Milan” 2006 və 2009-cu illərdə turnirin ən yaxşısı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR