Bank Of Baku

Ziya Doğan: “Azərbaycan klubları yüksək yerlərə gələcək”

Ziya Doğan: “Azərbaycan klubları yüksək yerlərə gələcək”
# 15 dekabr 2011 08:46 (UTC +04:00)
Bakı – APA. Az öncə Superliqada mübarizə aparan “Ankaragücü” klubundan istefa vermiş baş məşqçi Ziya Doğan maraqlı açıqlamaları ilə diqqət çəkib. Apasport.az saytının xəbərinə görə, Türkiyə futbolunun gələcək inkişafı haqda danışan tanınmış mütəxəssis komandaların əcnəbi şirkətlər tərəfindən alınmasının vacibliyini bildirib.

"Türkiyə futbolunun gələcək inkişafını istəyiriksə, klublarımız əcnəbi şirkətlər tərəfindən satın alınmalıdır. Baxın, Azərbaycanda klublar artıq şirkətləşib. Görəcəksiniz, 5-6 ildən sonra Azərbaycan klubları yüksək yerlərə gələcək” – deyə, Doğan əlavə edib.

Onun sözlərinə görə, "Beşiktaş" və "Qalatasaray"ı bir ingilis və ya Amerika şirkətləri satın almalıdır: “Məsələn, İngiltərə klubları əcnəbi şirkətlərə satılır. Əgər belə olarsa, gələcəkdə hər şey yaxşıya doğru gedəcək və düzgün qərarlar veriləcək".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR