Bank Of Baku

“Qarabağ” – “Rəvan” matçı 1 dəqiqəlik sükutla başlayacaq

“Qarabağ” – “Rəvan” matçı 1 dəqiqəlik sükutla başlayacaq
# 15 dekabr 2011 09:58 (UTC +04:00)
Bakı – APA. Premyer Liqanın sabah Quzanlı qəsəbəsi stadionunda keçiriləcək "Qarabağ" - "Rəvan" oyunundan əvvəl Azərbaycanın görkəmli xanəndəsi Qədir Rüstəmovun xatirəsi anılacaq. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan öncə xalq artistinin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Qeyd edək ki, əslən Ağdam rayonundan olan Qədir Rüstəmov iki ay müalicə olunduğu İstanbulun Acıbadəm xəstəxanasında dünən, 76 yaşında dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR