Bank Of Baku

Valentin Belkeviç: “Neftçi”nin təkrarolunmaz oyun üslubu var”

Valentin Belkeviç: “Neftçi”nin təkrarolunmaz oyun üslubu var”
# 15 dekabr 2011 13:52 (UTC +04:00)
Bakı – APA. “Mən tam fərqli – Qafqaz mentalitetinə malik bir ölkəyə getmişdim. Buna uyğunlaşmaq vaxt tələb edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun sabiq futbolçusu Valentin Belkeviç deyib.

Kiyev “Dinamo”sunda məşhurlaşan belaruslu futbol veteranı karyerasının sonunda ölkəmizə gəlib, burada heyətə düşməkdə çətinlik çəkməsindən danışıb: “19-20 yaşında bu asan olur, amma 35 yaşında isə qat-qat ağır. Ailəmdən uzaqda, fərqli futbol səviyyəsinə düşmüşdüm. Bəzi anlarda karyeramı bitirməyib, ora getməyimə də peşman olurdum. “Paxtakor”, Tiflis “Dinamo”su, “Neftçi”, “Ararat” kimi klublar özünəxas təkrarolunmaz oyun üslubuna malikdir. Lakin 10 il Kiyev “Dinamo”sunda oynamış birisi üçün bu tamamilə qeyri-adi bir şeydir”.

Qeyd edək ki, Belkeviç “İnter”də 2008/09 mövsümündə çıxış edib. O, karyerasını 5 oyun keçirdiyi paytaxt təmsilçisində bitirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR