Bank Of Baku

Klublararası dünya çempionatının finalçıları müəyyənləşib

Klublararası dünya çempionatının finalçıları müəyyənləşib
# 15 dekabr 2011 13:56 (UTC +04:00)
Bakı – APA. Yaponiyada keçirilən futbol üzrə klublararası dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son finalçı “Barselona” (Barselona) ilə Qətərin “Əl Sədd” komandasının oyununda müəyyənləşib.
Adrianonun 2, Keyta və Maksvellin 1 qol vurduğu qarşılaşmada ispaniyalılar rəqibini 4:0 hesabı ilə darmadağın ediblər. Lakin ərəblər “Barselona”ya böyük zərbə vurublar. Belə ki, İspaniya yığmasının ən yaxşı bombardiri olan David Vilyanı zədələyən asiyalılar onun yarım illik sıradan çıxmasına səbəb olublar.
Qeyd edək ki, “Barselona”nın Braziliya “Santos”u ilə final oyunu dekabrın 18-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR