Bank Of Baku

Rauf Əliyev: “Türkiyə və Almaniya klubları mənimlə maraqlanır”

Rauf Əliyev: “Türkiyə və Almaniya klubları mənimlə maraqlanır”
# 16 dekabr 2011 08:46 (UTC +04:00)
Bakı – APA. “Sevinirəm ki, ölkə xaricindən mənə dəvətlər var. Ad çəkmək istəmirəm, amma onu deyə bilərəm ki, mənimlə maraqlanan Türkiyə və Almaniya klublarıdır”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Rauf Əliyev deyib.

Ölkə xaricində oynamaq istəyən Əliyev bildirib ki, yerli klublardan da dəvət alıb və qışda Ağdam təmsilçisini tərk edəcəyi istisna deyil: “Azərbaycan klublarından dəvətlər daha çoxdur. Hiss edirəm ki, daxili çempionatda istənilən komandada oynaya bilərəm. Amma gücümü xaricdə sınamağım daha yaxşıdır. Sadəcə, seçim edib, düzgün qərar verməliyəm. Azərbaycanı xaricdə təmsil etmək niyyətindəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR