Bank Of Baku

Türkiyə komandalarının Avropa Liqasında rəqibləri müəyyənləşdi

Türkiyə komandalarının Avropa Liqasında rəqibləri müəyyənləşdi
# 16 dekabr 2011 14:01 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu turnirindən fərqli, bu yarışda 2 mərhələnin – 1/16 və 1/8 finalın püşkü birgə atılıb.

Türkiyənin turnirdəki təmsilçilərini 1/16 finalda ciddi sınaq gözləyir. “Beşiktaş” ötən mövsüm Avroliqanın finalçısı olan “Braqa” ilə qüvvəsini sınayacaq. “Trabzonspor” isə Hollandiyanın ən köklü və titullu klublarından sayılan PSV-ni mübarizədən kənarlaşdırmalıdır.

1. “Porto” (Portuqaliya) - “Mançester Siti” (İngiltərə)
2. “Ayaks” (Hollandiya) - “Mançester Yunayted” (İngiltərə)
3. “Lokomotiv” (Rusiya) - “Atletik” (İspaniya)
4. “Zalsburq” (Avstriya) - “Metallist” (Ukrayna)

5. “Stok Siti” (İngiltərə) - “Valensiya” (İspaniya)
6. “Rubin” (Rusiya) - “Olimpiakos” (Yuanıstan)
7. “Alkmaar” (Hollandiya) - “Anderlext” (Belçika)
8. “Latsio” (İtaliya) - “Atletiko” (İspaniya)

9. “Styaua” (Rumıniya) - “Tvente” (Hollandiya)
10. “Viktoriya” (Çexiya) - “Şalke” (Almaniya)
11. “Visla” (Polşa) - “Standard” (Belçika)
12. “Braqa” (Portuqaliya) - “Beşiktaş” (Türkiyə)

13. “Udineze” (İtaliya) - PAOK (Yunanıstan)
14. “Trabzonspor” (Türkiyə) - PSV (Hollandiya)
15. “Hannover-96” (Almaniya) - “Brügge” (Belçika)
16. “Legiya” (Polşa) - “Sportinq” (Portuqaliya)


1/8 final mərhələsinin püşkü


4-cü cütün qalibi - 6-cı cütün qalibi
16 - 1
9 - 10
11 - 15
5 -14
7 -13
8 - 12
2 - 3

Qeyd edək ki, 1/16 final oyunları gələn ilin fevralın 16-23-də, 1/8 final matçları martın 8-15-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR