Bank Of Baku

Berti Foqts Azərbaycan yığmasına yeni məşqçi gətirir

Berti Foqts Azərbaycan yığmasına yeni məşqçi gətirir
# 19 dekabr 2011 12:18 (UTC +04:00)
Bakı – APA. Vəli Qasımov futbol üzrə Azərbaycan milli komandasında məşqçi fəaliyyətini başa çatdırıb. Apasport.az saytının məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O bildirib ki, Qasımov bundan sonra bütün diqqətini baş məşqçisi olduğu 19 yaşlılardan ibarət yığmaya (U-19) yönəldəcək.

“Qasımov bundan sonra əsas millidə yox, yalnız U-19-da çalışacaq. Onun 2 işi görməsi ona görə alınmır ki, milli bir yerdə olanda, Qasımov rəhbərlik etdiyi yığma ilə başqa ölkədə hazırlıq keçir” – deyə, Məmmədov bildirib.

Baş katib milli komandanın baş məşqçisi Berti Foqtsun köməkçisi olacaq azərbaycanlı məşqçilərlə bağlı hələ seçim etmədiklərini bildirib: “Foqtsun yerli köməkçisinin kim olacağı hələ müəyyənləşməyib. Namizədlər arasında bir sıra məşqçilərimizin adları var. Arif Əsədov, Nazim Süleymanov, Ramiz Məmmədov həmin siyahıda yer alıb. Köməkçisi ilə bağlı yekun qərarı Foqtsun özü verəcək”.

Qeyd edək ki, Qasımov ötən il Vaqif Sadıqovun gedişindən sonra millidə onu əvəzləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR