Bank Of Baku

UEFA Mahir Şükürovun cəzasını açıqlayıb

UEFA Mahir Şükürovun cəzasını açıqlayıb
# 21 dekabr 2011 00:12 (UTC +04:00)
Bakı – APA. 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində İstanbulda keçirilmiş Türkiyə - Azərbaycan (1:0) matçından sonra qanında istifadəsi qadağan edilən dərman preparatı tapılan Mahir Şükürovun cəzası açıqlanıb. Apasport.az saytının xəbərinə görə, qitə futbol qurumu UEFA-nın Nizam İntizam Komitəsi millimizin müdafiəçisi haqda qərarını verib.

Qərar əsasən, Şükürov 2011-ci il noyabrın 11-dən etibarən 2 ay müddətinə cəzalandırılıb. Bu isə o deməkdir ki, futbolçumuzun cəzası yanvarın 11-də başa çatacaq.

Şükürov oktyabrın 11-də “Türk Telekom Arena”da keçirilmiş oyundan sonra yığmamızın digər futbolçusu Ruslan Abışovla birgə dopinq-testə aparılmışdı. Abışov testdən üzüağ çıxsa da, sonradan Mahirin qanında istifadəsi qadağan edilən dərman preparatı tapıldığı üçün uzun müddətə cəzalanacağı bildirilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR