Bank Of Baku

Azərbaycan yığması FİFA-nın reytinqində bir pillə irəliləyib

Azərbaycan yığması FİFA-nın reytinqində bir pillə irəliləyib
# 21 dekabr 2011 10:38 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, yığmamız dekabr reytinqində 1 pillə irəliləyərək, 112-ci pilləyə qalxıb. Hesabında 300 xal olan yığmamız UEFA-nın reytinqində 44-dür.

Son reytinq hesablanan müddətdə oyun keçirilmədiyindən, millilərin çoxu yerində qalıb. Yığmamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən Portuqaliya (7-ci yer, 1100 xal), Rusiya (12-ci yer, 971 xal), İsrail (37-ci yer, 665) yığmaları mövqeyini dəyişməyib. Şimali İrlandiya millisi (403) 1 pillə irəliləyərək, 88-ci yerə qalxıb. Lüksemburq yığması (252) isə 1 pillə geriləyərək, 128-ci pilləyə düşüb.

Reytinq siyahısının ilk üçlüyü də dəyişməz qalır. İspaniya (1564) 1-ci, Hollandiya 2-ci (1365), Almaniya 3-dür (1345). Türkiyə yığması 769 xalla 28-ci pillədə qalıb.

Qeyd edək ki, yeni ildə ilk reytinq siyahısı yanvarın 18-də açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR