Bank Of Baku

Emil Mpenza “Neftçi” klubundan ayrılır

Emil Mpenza “Neftçi” klubundan ayrılır
# 22 dekabr 2011 15:12 (UTC +04:00)
Bakı – APA. Belçika milli komandasının sabiq futbolçusu Emil Mpenza Azərbaycanı tərk edir. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi il yarımdır şərəfini qoruduğu “Neftçi” klubundan ayrılır.

Komanda rəhbərliyi Böyükağa Hacıyevin baş məşqçi postuna keçidindən sonra əsas heyətdə daha az-az görünən belçikalı ilə yollarını ayırmağa qərar verib. Mpenza ilə görüşdə ona özünə yeni komanda tapmaq tövsiyə olunub. Emil buna nail olmasa, müqaviləsinin son 6 ayını da ölkəmizdə qalacaq.

Qeyd edək ki, Mpenza Premyer Liqada 31 oyuna 6 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR