Bank Of Baku

Ağasəlim Mircavadov: “Məndə əvvəllər belə problem olmamışdı”

Ağasəlim Mircavadov: “Məndə əvvəllər belə problem olmamışdı”
# 26 dekabr 2011 10:46 (UTC +04:00)
Bakı – APA. “Yoğun bağırsağım tutulmuşdu. Məndə əvvəl belə problem olmamışdı. İlk dəfə üzləşdiyimdən, əməliyyat olundum”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov deyib.

Səhhətində problem yaranan 64 yaşlı mütəxəssis Türkiyəyə yollanıb. Hazırda İzmit şəhərində olan təcrübəli məşqçi bağırsağından cərrahiyyə əməliyyatı olunub: “Türkiyədə ailəvi dostum var. Onun vasitəçiliyi ilə İzmitdə “Acıbadem” xəstəxanasına gəldim. Məni əməliyyat edən həkim Əhməd bəy İzmitdə böyük tibb universitetinin professorudur. Dərhal əməliyyat olunmağımın vacibliyini dedi. Əməliyyat uğurla keçdi, indi özümü yaxşı hiss edirəm. Artıq ayağa durub, gəzirəm”.

Mircavadovun sözlərinə görə, Bakıya Yeni ildən sonra dönəcək: “Ancaq 3 aydan sonra İzmitə təkrar müayinəyə qayıtmalıyam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR