Bank Of Baku

Azərbaycan yığması FİFA reytinqində gerilədi

Azərbaycan yığması FİFA reytinqində gerilədi
# 26 dekabr 2011 10:53 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə qadınlardan ibarət milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA-nın 2011-ci il üçün son reytinqində 136 yığma yer alıb.

Fəaliyyətini hələ ötən il dayandıran Azərbaycan millisi 1341 xalla planetin 71-ci komandasıdır. Sonuncu dəfə 2 ay əvvəl açıqlanan reytinqlə müqayisədə 1 pillə geriləyən millimiz Avropada 35-cidir.

Reytinqdə ilk 3 pillədə ABŞ (2148), Almaniya (2143) və Yaponiya (2106) yığmaları qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR