Bank Of Baku

“Kəpəz” klubu fəaliyyətini dayandırıb

“Kəpəz” klubu fəaliyyətini dayandırıb
# 28 dekabr 2011 08:02 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi qış fasiləsinə 10-cu yerdə çıxdığı Premyer Liqamızda çıxışını davam etdirməyəcək. “Kəpəz”in mətbuat katibi Məqsəd Rəhimov məlumatı təsdiqləyib. Klub fəaliyyətini dayandırmağı ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət edib.

Qeyd edək ki, 3 dəfə ölkə çempionu, 4 dəfə ölkə kubokunun sahibi olan “Kəpəz” 2006-cı ildə fəaliyyətini dayandırmışdı. Bundan 3 il sonra fəaliyyətini bərpa edən komanda “Gəncə” adı ilə I divizionda oynadı və onun çempionu kimi Premyer Liqaya yüksəldi. Gəncəlilər güclülər dəstəsinə qayıdandan sonra ötən mövsüm 9-cu yeri tutmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR