Bank Of Baku

“Xəzər Lənkəran” Türkmənistan yığması ilə qarşılaşacaq

“Xəzər Lənkəran” Türkmənistan yığması ilə qarşılaşacaq
# 29 dekabr 2011 10:37 (UTC +04:00)
Bakı – APA. “Xəzər Lənkəran” klubunun Türkiyə toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərdən bəzilərinin adı məlumdur. Apasport.az saytının məlumatına görə, Antalya hazırlıqlarında 5 yoxlama oyunu keçirməyi planlaşdıran “ağ-yaşıllar” artıq 3 rəqiblə razılıq əldə ediblər.

Bunlar Türkmənistan milli komandası, son Albaniya çempionu “Skenderbeu” və Qazaxıstanın “Atırau” klublarıdır.

Qeyd edək ki, cənub təmsilçisinin Antalya toplanışı 16 yanvar – 2 fevral tarixləri arasında olan müddəti əhatə edəcək. Komanda həmin zaman ərzində Bələkdə, beş ulduzlu “Spice Hotel & Spa” otelində məskunlaşacaq.

Təlim-məşq toplanışı zamanı baş tutacaq 5 yoldaşlıq oyununun 21, 24, 29 və 31 yanvar, həmçinin 2 fevral tarixində keçiriləcəyi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR