Bank Of Baku

Berti Foqts: “Mən təqaüdə çıxmaq haqda fikirləşmirəm”

Berti Foqts: “Mən təqaüdə çıxmaq haqda fikirləşmirəm”
# 29 dekabr 2011 11:53 (UTC +04:00)
Bakı – APA. “Milad bayramını oğlum Yüstin və bir neçə dostumla birgə keçirdim. Sadə bir bayram oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

Sabah 65 illik yubileyini keçirəcək almaniyalı mütəxəssis vətənində həmkarlarımızın diqqət mərkəzindədir. Mətbuat Foqtsun nə vaxt təqaüdə çıxacağı ilə çox maraqlanır və eyni zamanda, AFFA ilə müqaviləsini daha 2 illik uzatmaqla, bunun yaxın gələcəkdə olmayacağını yaxşı başa düşürlər.

Elə Foqts təqaüdlə bağlı sualı təəccüblə qarşılayıb: “Mən təqaüdə çıxmaq haqda heç fikirləşmirəm də. Gələn il milli komanda ilə iş başında, 120-150 gün yolda olacağam. Hər şeyə rəğmən, Azərbaycan yığmasında işimi davam etdirmək istəyirəm. Biz 2016-cı ildə dünya çempionatının final mərhələsinə çıxmağa iddialı olacağıq. Yeni tələblərim kimlərəsə sərt görünə bilsə də, bu, müasir futbolun reallığıdır. Azərbaycanda bunu başa düşən insanlar var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR