Bank Of Baku

İranın “Persepolis” futbol komandasının erməni məşqçisi yeni baş məşqçi Mustafa Dənizli tərəfindən işdən uzaqlaşdırılıb

İranın “Persepolis” futbol komandasının erməni məşqçisi yeni baş məşqçi Mustafa Dənizli tərəfindən işdən uzaqlaşdırılıb
# 29 dekabr 2011 13:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, işini itirən məşqçilərdən biri olan qapıçı məşqçisi, milliyyətcə erməni olan Harut Abramyan “Tamaşa” qəzetinə açıqlamasında M. Dənizlini tənqid edib və onun addımının siyasi xarakterli olduğunu söyləyib.

H. Abramyan erməni olduğu üçün M. Dənizli tərəfindən vəzifəsindən kənarlaşdırıldığını deyib: “Dənizli hələ də antik düşüncə ilə hərəkət edir. O, Osmanlı-erməni savaşının üstündən 96 il keçməsinə baxmayaraq, hələ də bu savaşın xatirələri ilə yaşayır. Mən Türkiyədə yaşamıram. Bura İrandır və biz ikimiz də bu ölkədə çalışırıq”.

Erməni məşqçi klub rəhbərliyi ilə görüşüb bu məsələni onların diqqətinə çatdıracağını bildirib.

Xatırladaq ki, ötən həftə “Persepolis”lə 1,5 illik müqavilə imzalayan M. Dənizli komandada məşqçi kimi çalışan H. Abramyanla bərabər alman məşqçi Ralf Sumedik və serb məşqçi Serdan Qomaloviçi də işdən kənarlaşdırıb. O, yeni məşqçi komandası formalaşdıracağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR