Bank Of Baku

Xavi dünyanın ən yaxşı oyun qurucusu seçilib

Xavi dünyanın ən yaxşı oyun qurucusu seçilib
# 03 yanvar 2012 11:43 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci ilin ən yaxşı pleymeykerlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun planetin müxtəlif ölkələrindəki üzvləri arasında keçirilən sorğunun nəticələri açıqlanıb. Səsvermədə cəmi 16 oyun qurucusu xal toplaya bilib.

İFFHS-in versiyasına əsasən dünyanın ən yaxşı pleymeykeri isə İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Xavi olub. O, 232 səs toplayıb. İlk üçlükdə digər 2 oyunçu da “Barselona”nın üzvləri olub. Argentinalı Lionel Messi 147 xalla 2-ci, ispaniyalı Andres İnyesta 110 xalla 3-cü olub. “Real”ın türk əsilli futbolçusu Məsut Özil 4-cü olsa da, kataloniyalılardan bir baş geri qalıb – cəmi 59 xal.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR