Bank Of Baku

Vaqif Sadıqov “Anji” klubundan uzaqlaşdırıldı

Vaqif Sadıqov “Anji” klubundan uzaqlaşdırıldı
# 09 yanvar 2012 09:14 (UTC +04:00)
Bakı – APA. Millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov 1 ildir çalışdığı Rusiyanın “Anji” klubundan kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisinin yeni baş məşqçisi Yuri Krasnojan həmyerlimizlə çalışmaq istəməyib.

Krasnojan yeni ildən sonra komanda ilə tanış olaraq, başçılıq edəcəyi məşqçilər korpusuna da aydınlıq gətirməli idi. Onun əvvəlki köməkçilərdən kiminləsə vidalaşacağı gözlənilirdi ki, bu da Sadıqov olub. Məşqçimizin “Anji” ilə cari mövsümün sonuna kimi müqaviləsi olduğundan, anlaşmanın vaxtından əvvəl dayandırdıldığı üçün ona kompensasiya ödəmək lazım gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR