Bank Of Baku

Dünya ən güclü milli çempionatlarının siyahısı açıqlanıb

Dünya ən güclü milli çempionatlarının siyahısı açıqlanıb
# 11 yanvar 2012 09:11 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü milli çempionatlarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2011-ci il üçün planetin ən yaxşı 122 liqasının siyahısında Azərbaycan Premyer Liqası da yer alıb. Çempionatımız 98-ci pillədə qərarlaşıb.

Klublarımız 2011-ci il ərzində çempionatın hesabına 188,5 xal toplaya biliblər. 2010-cu illə müqayisədə 52,5 xal az yığan Azərbaycan birinciliyi 1 il əvvəlki 86-cı yerdən 12 pillə aşağı yuvarlanıb. Çempionatımız Avropada Bosniya və Herseqovina (100-cü yer), Uels (102), Lüksemburq (103), Monteneqro (104), Maltanı (106) liqalarını qabaqlayır.

Siyahıya ötən il olduğu kimi, yenə İspaniya Primerosu başçılıq edir – 1194 xal. İngiltərə Premyer Liqası (1103 xal) 2-ci, Braziliyanın A seriyası (889) 3-cü pillədədir. 524,5 xalı olan ölkəmizdə maraqla izlənilən Tükiyə Superliqası dünyanın 24-cü çempionatıdır.

Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios”un mübarizə apardığı Yunanıstan Superliqası isə daha güclüdür. 582 xala malik çempionat planetin 21-ci liqasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR