Bank Of Baku

Vaqif Cavadov Rusiyanın “Volqa” klubundan uzaqlaşdırılıb

Vaqif Cavadov Rusiyanın “Volqa” klubundan uzaqlaşdırılıb
# 11 yanvar 2012 13:01 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov çıxış etdiyi Rusiyanın “Volqa” klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu Türkiyəyə yollanan Nijni-Novqorod təmsilçisinin düşərgəsində deyil.

Komandası Antalyada hazırlıq keçdiyi vaxtda Cavadov hazırda Bakıdadır. O, bir neçə yerli klubla danışıq aparır. Bunlardan biri hələ ötən yay Toni Adamsın rəhbərlik etdiyi vaxt Vaqiflə maraqlanan “Qəbələ”dir.

Qeyd edək ki, “Volqa”nın baş məşqçisi Dmitri Çerışev bu yaxınlarda verdiyi açıqlamada cinah yarımmüdafiəçiləri axtardıqlarını bildirmişdi. Onun Cavadovu sol cinah yarımmüdafiəçisi kimi oynatdığını nəzərə alsaq, mövqeyinə başqa oyunçunun axtarıldığını söyləmək olar.

Bu isə o deməkdir ki, Vaqifə özünə yeni klub tapmaq tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR