Bank Of Baku

“Xəzər Lənkəran” milli komandanın futbolçusunu transfer edir

“Xəzər Lənkəran” milli komandanın futbolçusunu transfer edir
# 12 yanvar 2012 10:12 (UTC +04:00)
Bakı – APA. “Xəzər Lənkəran” növbəti transferini həyata keçirir. Apasport.az saytının məlumatına görə, çempionluğa iddiasını davam etdirən cənub təmsilçisi qış “transfer pəncərəsi” dövründə ikinci keçidini reallaşdırır.

“Ağ-yaşıllar”ın seleksiyaçı məşqçisi kimi fəaliyyətə başlayan Zaur Ramazanovun qısamüddətli izləmələrindən sonra tovuzlu Akif Tağıyev heyətə cəlb olunub. Gənc futbolçu ilə 3 illik müqavilə imzalanması planlaşdırılır. “Turan”da Premyer Liqa təcrübəsi toplayan Tağıyev, əvvəllər Azərbaycan millisinin (U-19) də şərəfini qoruyub.

Qeyd edək ki, “Xəzər Lənkəran” bundan əvvəl yalnız malili futbolçu Tounkara Sadionu transfer edərək, onunla 2,5 illik müqavilə imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR