Bank Of Baku

AFFA legioner limitini dəyişə bilər

AFFA legioner limitini dəyişə bilər
# 13 yanvar 2012 08:59 (UTC +04:00)
Bakı – APA. AFFA İcraiyyə Komitəsinin 2012-ci ildə ilk iclasının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, toplantı yanvarın 17-də assosiasiyanın inzibati binasında keçiriləcək. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. AFFA-nın növbəti Konfransının vaxtının müəyyənləşdirilməsi

2. Legioner limiti – Premyer Liqada çıxış edən klubların heyətində 21 yaşadək 1 futbolçunun meydanda olmasının və bununla əlaqədar legioner limitinin 7+4 şəklində təklifinin müzakirəsi

3. AFFA-nın İntizam Komitəsinin “Turan” klubu ilə bağlı müraciəti

4. Digər məsələlər

Qeyd edək ki, Premyer Liqamızda hazırda legioner limiti 8+3-dür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR