Bank Of Baku

“Xəzər Lənkəran” klubu 2 legionerdən imtina edib

“Xəzər Lənkəran” klubu 2 legionerdən imtina edib
# 13 yanvar 2012 11:04 (UTC +04:00)
Bakı – APA. “Xəzər Lənkəran”a baxışa gətirdiyi legionerlər haqda qərar verib. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

O bildirib ki, baxışa çağırılan belaruslu futbolçular - qapıçı Anton Kovalevski ilə yarımmüdafiəçi Maksim Karpoviçin xidmətində maraqlı deyillər: “Onları sınadıq və bizə lazım olmadılar. Hər 2 belaruslu futbolçunu geri qaytaracağıq. Komandamızın düşərgəsində olan gənc yerli futbolçulardan yalnız Akif Tağıyevlə ilkin anlaşma əldə etmişik. Digərləri ilə bağlı yekun qərar verilməyib. Bu məsələləri komandamız Antalyaya təlim-məşq toplanışına yollananadək aydınlaşdıracağıq”.

“Xəzər Lənkəran” yanvarın 16-da Türkiyəyə təlim-məşq toplanışına yollanaraq, fevralın 3-də Vətənə dönəcək.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü olan belaruslulardan Kovalevski vətənində Jodinonun “Torpedo”, Karpoviç “Naftan” klubundan gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR