Bank Of Baku

AFFA milli komandaya Rusiyadan qapıçı çağırır

AFFA milli komandaya Rusiyadan qapıçı çağırır
# 13 yanvar 2012 11:53 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinə yeni qapıçı cəlb olunur. Apasport.az saytlının məlumatına görə, Rusiyanın “Daqdizel” klubunda oynayan Abdulla Hacıkadiyev gənclər yığmamıza dəvət olunub.

Həmyerlimiz Emin Ağayevin baş məşqçisi olduğu komandanın formasını geyinən 18 yaşlı rusiyalı qolkiper yanvarın 20-dən 29-dək Antalyada baş tutacaq seleksiya xarakterli təlim-məşq toplanışına qatılacaq. Abdullanın adı AFFA-nın yanvarın 5-də açıqladığı heyətdə olmasa da, sonradan U-21-in çalışdırıcısı Bernard Lippert ona dəvət göndərib.

Qeyd edək ki, Hacıkadiyev Rusiya çempionatının II divizionunun Cənub zonasının cari mövsümündə 26 oyun keçirib və 19 qol buraxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR