Bank Of Baku

Ramiz Məmmədov dünyanın ən məhsuldar müdafiəçilərinin siyahısına düşüb

Ramiz Məmmədov dünyanın ən məhsuldar müdafiəçilərinin siyahısına düşüb
# 16 yanvar 2012 11:08 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar müdafiəçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2012-ci ilə qədər milli çempionatların güclülər dəstəsində 50 və daha çox qol vuran arxa xətt oyunçularının siyahısında 83 futbolçu yer alıb.

Cədvələ hesabında 193 qol olan hollandiyalı Ronald Kuman başçılıq edir. Argentinalı Daniel Passarella 134, ispaniyalı Fernando Yero 110 qolla ilk 3-lükdə yer alıblar. Argentinalı Eqardo Bauza və almaniyalı Paul Braytner də 100 qol həddini aşıblar – müvafiq olaraq 108 və 103 qol.

Siyahıdakı yeganə təmsilçimiz Ramiz Məmmədovun hesabında isə 285 oyuna 64 qol var. Həmyerliyimiz 6 ay əvvəl açıqlanan siyahıdakı mövqeyindən 2 addım geriləyərək 36-cı pilləyə düşüb.
O, bu qolları 1992-2005-ci illərdə oynadığı Azərbaycan və İran çempionatının güclülər dəstəsində vurub.

Qeyd edək ki, Məmmədov keçmiş SSRİ məkanından İFFHS-in cədvəlinə düşən yeganə müdafiəçidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR