Bank Of Baku

Azərbaycan klublarının qapıçıları dünya reytinqində geriləyiblər

Azərbaycan klublarının qapıçıları dünya reytinqində geriləyiblər
# 18 yanvar 2012 09:49 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) öz ölkələrinin yüksək liqalarında ən uzun “quru seriya”ya malik olan qapıçılarının növbəti siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə noyabrda açıqlanan cədvəldə 2 yeni ad peyda olub. Özü də 660 dəqiqə həddini keçən əlcək sahiblərinin siyahısı bu dəfə artaraq, 468-ə yüksəlib.

Siyahıdakı dəyişikliklər Azərbaycan milli çempionatında siyahıya düşən qapıçılarımızdan bir çoxlarına təsir edib. Özü də onların hamısı 1 pillə geriləyib. Düzdür, ən yaxşı göstərici müəllifləri olan Nizami Sadıqov, Xalidu Sissoko, Camaləddin Əliyev, Pavel Doroşev, Elxan Həsənov, Dmitri Kramarenko bu dəfə də yerlərində qalıb. Ancaq Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun qapıçısı Faiz Hüseyn Əl-Sobeanın 763 dəqiqə “quru seriya” ilə siyahıya daxil olub, 222-ci pillədə yer almağı ondan aşağıdan olan azərbaycanlı həmkarlarını geri salıb. Nəticədə Rauf Mehdiyevin 2, Elşən Poladov, Nadir Şükürov, belaruslu Aleksandr Martyoşkin, Kamran Ağayev, Cəmaləddin Əliyevin 1 pillə geriləyib.


İlk “onluq”

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi” (“Vasko da Qama”, Braziliya) – 1816 dəqiqə
2. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
3. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
4. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
5. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
6. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
7. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
8. Samir Səid (“Əl-Ərəbi”) - 1283
9. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275
10. Adel Nefzi (“Afrikain”, Tunis) - 1270

Azərbaycan Premyer Liqasının İFFHS-dəki təmsilçiləri

25. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
57. Xalidu Sissoko (“Bakı”) – 985
60. Xalidu Sissoko (“Bakı”) – 971
64. Camaləddin Əliyev (“Qarabağ”) – 958
68. Pavel Doroşev (“Qəbələ”) – 952
74. Elxan Həsənov (“Neftçi”) – 943
165. Dmitri Kramarenko (“Karvan”) – 798
202. Dmitri Kramarenko (“Neftçi”) – 772
247. Rauf Mehdiyev (“Olimpik”) – 746 (1 pillə geriləyib)
251. Elşən Poladov (“Bakı”) – 744 (1 pillə geriləyib)
256. Nadir Şükürov (“Dinamo”) – 741 (1 pillə geriləyib)
271. Aleksandr Martyoşkin (“Xəzər Lənkəran”) – 735 (1 pillə geriləyib)
308. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720 (1 pillə geriləyib)
361. Camaləddin Əliyev (“Qarabağ”) – 700 (1 pillə geriləyib)
422. Rauf Mehdiyev (“Olimpik”) – 676 (1 pillə geriləyib)
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR