Bank Of Baku

Azərbaycan milli komandası FİFA-nın reytinq cədvəlində 1 pillə irəliləyib

Azərbaycan milli komandası FİFA-nın reytinq cədvəlində 1 pillə irəliləyib
# 18 yanvar 2012 11:08 (UTC +04:00)
Bakı-APA. FİFA 2012-ci ildə milli komandaların ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib. Hesabında 300 xal olan yığmamız 111-ci yerdə qərarlaşıb.

Milli komandamızın DÇ-2014-nün seçmə mərhələsində rəqiblərindən olan Portuqaliya (1100 xal) 7-ci, İsrail yığması (665) 37-ci pillədə qalıb. Rusiya millisi (971) 1 pillə geriləyərək, 13-cü yerə düşüb. Şimali İrlandiya (403) və Lüksemburq yığması (252) hərəyə 1 pillə irəliləyiblər və müvafiq olaraq 87-ci və 127-ci yerə yüksəliblər. Millimizin bu il oyun keçirəcəyi Fələstin yığması 4 pillə geriləyib. Fevralın 29-da Dubayda yoldaşlıq görüşü keçirəcəyimiz Fələstin yığması 121 xalla 162-ci yerə düşüb.

FİFA-nın reytinq cədvəlində ilk üçlüyü dəyişməz qalıb. İspaniya 1564 xalla 1-ci, Hollandiya 1365 xalla 2-ci, Almaniya 1345 xalla 3-dür. Türkiyə yığması (769) 1 pillə geriləyərək, 29-cu yerə düşüb.

Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 15-də açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR