Bank Of Baku

“Mançester Yunayted” səfərdə “Arsenal”ı məğlub edib

“Mançester Yunayted” səfərdə “Arsenal”ı məğlub edib
# 22 yanvar 2012 22:03 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə İngiltərə çempionatının 22-ci turunda “Mançester Yunayted” səfərdə “Arsenal”a qalib gəlib. APA-nın məlumatına görə, “Emireyts” stadionunda keçirilən qarşılaşmada mankunyanlılardan 45-ci dəqiqədə Antonio Valensiya, 81-ci dəqiqədə isə Denni Velbek fərqlənib. Ev sahiblərindən isə qolu 71-ci dəqiqədə Robin van Persi vurub.

Bu nəticə ilə hər iki komanda turnir cədvəlində yerini qoruyub. “Arsenal” 36 xalla 5-ci, “Mançester Yunayted” 51 xalla ikinci sıradadır.

Turnir cədvəlinə isə son turda öz meydanında “Tottenxem”-i 3:2 hesabı ilə məğlub edən “Mançester Siti” komandası başçılıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR