AFFA prezidenti Rövnəq Abdullayev Rusiyada FİFA-nın prezidenti Yozef Blatterlə görüşüb
AFFA prezidenti bildirib ki, ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına daim diqqət yetirən və köməklik göstərən Respublika Prezidenti cənab İlham Əliyevin göstərişi ilə son illər infrastrukturun genişləndirilməsi istiqamətində xeyli işlər görülüb: “Ölkəmizin müxtəlif ərazilərində stadionlar inşa olunur. Dövlət başçımızın və sizin iştirakınızla ötən il Olimpiya stadionunun təməl qoyma mərasimi keçirildi, AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”nın açılışında isə siz də iştirak etdiniz. İlk dəfə olaraq bu il ölkəmizdə keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatı 2012-nin yüksək səviyyədə təşkili üçün mütəmadi işlər görüldü. Respublika Prezidenti bu mötəbər çempionatın da lazımi səviyyədə keçirilməsini daim nəzarətdə saxlayır, müvafiq tapşırıqlarını verir və həyata keçirilən tədbirlərlə mütəmadi qaydada tanış olur. Ölkə rəhbərinin sərəncamı ilə Azərbaycanda 2012-ci ilin idman ili elan olunması dövlətin idmana son dərəcə böyük qayğısının məntiqi nəticəsidir. Bu çempionatın başlanma vaxtını göstərən sayğacın isə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən işə salınması ölkə ictimaiyyəti arasında böyük rezonansa səbəb oldu. Bir sözlə, biz FİFA ilə əməkdaşlığımızı daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışırıq”.
Dünya çempionatı ilə bağlı görülən işləri əks etdirən videoçarxlar monitor vasitəsilə beynəlxalq futbol qurumu rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla bağlı çap olunan kitablar qonaqlara təqdim olunub.
Blatter Azərbaycanda keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatı ilə bağlı hazırlıq işlərindən razı qalıb: “Mən buna əvvəlcədən də əmin idim. Çünki dövlətinizin başçısı İlham Əliyevin idmana, xüsusilə də futbola olan sevgisini və bunun inkişafına necə böyük həvəslə çalışdığını yaxşı bilirəm. Bundan əlavə, çempionatla bağlı təqdim etdiyiniz sosial və mədəni proqramlar da bizi sevindirir. Buna görə də tam əminliklə deyə bilərəm ki, bu cür layihələr çempionata xüsusi töhfə verəcəkdir. Dünya çempionatı ilə bağlı mütəmadi olaraq Azərbaycana səfər edən FİFA nümayəndələrinin hesabatları bu işə necə böyük məsuliyyətlə yanaşdığınızı bir daha təsdiqləyir”.
FİFA-nın prezidentinin ölkəmizə bütün səfərlərinin futbolun inkişafı və əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyən Abdullayev onu dünya çempionatının açılış mərasiminə dəvət etdi. AFFA-nın prezidentinin bu dəvətini məmnuniyyətlə qəbul edən beynəlxalq futbol qurumunun rəhbəri bu il sentyabrın 22-də Azərbaycana səfər etməyi nəzərdə tutduğunu bildirdi.
Qeyd edək ki, görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla baş katib Elxan Məmmədov iştirak edib və sonda xatirə şəkli çəkdirilib.
Futbol
Xəbər Lenti
ABŞ-də milli irs vandalizmdən necə qorunur? - TƏHLİL
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyanın Kil şəhərində aşkarlanan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək
Sabah yağış yağacaq, leysan olacaq
Türkiyədə tarixi abidələrin vandalizmə məruz qalması ciddi problemə çevrilib - FOTO
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Misirdə keçmiş televiziya aparıcısı ölüm cəzasına məhkum edilib
BDYPİ gözlənilən hava şəraitində sürücülərə diqqətli olmağı tövsiyə edib
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB
Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib
Tramp: İspaniya sərhədlərinə nəzarət edə bilmir
ABŞ hərbçiləri Sakit okeanda narkokartelə məxsus gəmiləri batırıb
Bloomberg: Süni intellekt üçün data mərkəzlərinin tikintisi ABŞ-də narazılıq yaradır
Merz: Almaniya hökuməti lazım olan ictimai dəstəyi ala bilmir
Tramp və Vens Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər
Pit Heqset İranı hədələyib: Tankerlərinizi məhv edəcəyik
KİV: NATO-da Avropanın Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməyəcəyindən ehtiyat edirlər
SEPAH: İran ABŞ-ın aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
CBS: ABŞ sursat ehtiyatları ilə bağlı məlumat sızmasında xarici kəşfiyyat izindən şübhələnib
Hakan Fidan Abbas Əraqçi ilə İran-ABŞ böhranını müzakirə edib
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib