Bank Of Baku

Son 25 ildə dünyanın ən yaxşı futbol hakimlərinin adları açıqlanıb

Son 25 ildə dünyanın ən yaxşı futbol hakimlərinin adları açıqlanıb
# 24 yanvar 2012 08:08 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 25 ilin ən yaxşı hakimlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum 1987-ci ildən başlayaraq hər il keçirdiyi sorğuların nəticələrinin yekununu tərtib edib.

Siyahıya 191 xalı olan italiyalı Pyerluici Kollina başçılıq edir. O, almaniyalı Markus Merkdən cəmi 7 xal öndədir. Danimarkalı Kim Milton Nilsen isə 159 xalla 3-cü pillədə qərarlaşıb.

Ümumilikdə dünyanın 151 ədalət təmsilçisinin yer aldığı cədvələ Azərbaycan hakimlərindən heç kim düşməyib. Qeyd edək ki, Qvatemala, Suriya, Küveyt kimi ölkələrdən olan hakimlər İFFHS-in siyahısında yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR