Yozef Blatter: “FİFA dünya çempionatının Azərbaycana həvalə edilməsindən məmnundur”
Rusiya futbolunun 100 illik yubiley tədbirində iştirak etmək üçün bu ölkəyə gələn Blatter orada AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb. Bundan sonra AFFA-nın rəsmi saytına müsahibə verən dünya futbol qurumunun rəhbəri Azərbaycanda ilk dəfə keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatına hazırlıqla bağlı görülən işləri qiymətləndirib: “Əgər dünya çempionatlarına ev sahibliyi etmək istəyən bütün ölkələr belə çalışsalar, o zaman təşkilati işlərlə bağlı heç bir problemlə qarşılaşmarıq. AFFA-nın 17 yaşadək qadınlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı təqdim etdiyi sosial və mədəni layihələr bizi həddindən artıq sevindirir. Bununla yanaşı, çempionatda iştirak edəcək bütün futbolçuların valideynlərinin, həmin ölkələrin oğlanlardan və qızlardan ibarət digər yaş qruplarına aid komandalarının AFFA tərəfindən Azərbaycana dəvət edilməsi çempionata xüsusi rəng qatacaq, turnirin daha da maraqlı keçməsinə səbəb olacaq. Bu və digər ideyalarınız bizi sevindirir. Belə gözəl və inanılmaz layihələri görmək üçün çempionatın başlanmasını səbirsizliklə gözləyirik. Çünki bu regionda və belə mədəni tədbirlər çərçivəsində 17 yaşadək qadınlar arasında dünya çempionatını keçirmək bütün dünyada qadın futbolunun inkişafına böyük təkan verəcək. Bu işə böyük dəstək verdiyinə görə dövlət başçınıza və AFFA-nın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. FİFA bu çempionatın keçirilməsinin Azərbaycana həvalə edilməsindən məmnundur. Üzümü azarkeşlərə tutub deyirəm ki, Azərbaycanda qadın futbolunun inkişafına dəstək verin. Belə olan halda, kişi futbolu da inkişaf edəcək, çünki bu, onlar üçün böyük bir çağırış olacaq”.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunub. FİFA prezidenti buna da münasibət bildirib: “Dövlətinizin başçısı İlham Əliyevlə bizim dostluq əlaqələrimiz var və onun idmanın inkişafı naminə necə böyük səylə çalışdığını yaxşı bilirəm. Azərbaycanda dünya çempionatının keçiriləcəyi ilin “İdman ili” elan olunması onu göstərir ki, ölkəniz bu mötəbər turnirə həqiqətən də böyük önəm verir. Onu da qeyd edim ki, bu qərardan təkcə futbol deyil, digər idman növləri də yetərincə faydalana biləcək. Bu isə ümumi mənada xalqın xeyrinədir. Çünki idman da mədəniyyətin bir növüdür. Buna görə də sizi xoşbəxt xalq hesab edirəm. Hər birinizə uğurlar arzulayıram. Bu ilin sentyabr ayında görüşənədək”.
Qeyd edək ki, Blatter ölkəmizdə sentyabrın 22-də start götürəcək 17 yaşadək qızlardan ibarət milli komandalar arasında dünya çempionatının açılışına gələcək.
Futbol
Xəbər Lenti
ABŞ-də milli irs vandalizmdən necə qorunur? - TƏHLİL
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyanın Kil şəhərində aşkarlanan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək
Sabah yağış yağacaq, leysan olacaq
Türkiyədə tarixi abidələrin vandalizmə məruz qalması ciddi problemə çevrilib - FOTO
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Misirdə keçmiş televiziya aparıcısı ölüm cəzasına məhkum edilib
BDYPİ gözlənilən hava şəraitində sürücülərə diqqətli olmağı tövsiyə edib
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB
Ağdamda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib
Tramp: İspaniya sərhədlərinə nəzarət edə bilmir
ABŞ hərbçiləri Sakit okeanda narkokartelə məxsus gəmiləri batırıb
Bloomberg: Süni intellekt üçün data mərkəzlərinin tikintisi ABŞ-də narazılıq yaradır
Merz: Almaniya hökuməti lazım olan ictimai dəstəyi ala bilmir
Tramp və Vens Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər
Pit Heqset İranı hədələyib: Tankerlərinizi məhv edəcəyik
KİV: NATO-da Avropanın Rusiya ilə uzunmüddətli müharibəyə tab gətirə bilməyəcəyindən ehtiyat edirlər
SEPAH: İran ABŞ-ın aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
CBS: ABŞ sursat ehtiyatları ilə bağlı məlumat sızmasında xarici kəşfiyyat izindən şübhələnib
Hakan Fidan Abbas Əraqçi ilə İran-ABŞ böhranını müzakirə edib
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib