Bank Of Baku

Almaniyanın “Herta” klubunun futbolçusu Azərbaycan milli komandasına dəvət edilib

Almaniyanın “Herta” klubunun futbolçusu Azərbaycan milli komandasına dəvət edilib
# 24 yanvar 2012 14:43 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə Azərbaycan milli komandasının (U-19) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Vəli Qasımov Antalya şəhərində Türkiyə yığması ilə keçiriləcək yoldaşlıq oyunlarında güvənəcəyi futbolçuları müəyyənləşdirib.

Bunlar Eyyub Əliyev, Elşən Abdullayev, Məqsəd İsayev (hər üçü “Neftçi”), Fərid Ağayev, Murad Musayev, Ülvi Qoçaylı (hər üçü “Qəbələ”), Azər Salahlı, Fuad Bayramov (hər ikisi “İnter”), Taşkın İltər (“Herta 03 Berlin”, Almaniya), Samir Yusifov, Şamil Cəmalləddinov, Orxan Əliyev, Ruslan Nəsirli (hamısı “Sumqayıt Şəhər”), Elnur İsmayılov (“Daçiya”, Moldova), Namiq Ələsgərov (“Bakı”), Samir Məsimov (“Lokomotiv”, Moskva) Niyaz Həsənov (klubsuz) və Maqomed Əliyevdir (“Strogino”, Rusiya).

Qeyd edək ki, yoxlama oyunları fevralın 1-də və 3-də baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR