Bank Of Baku

“Yuventus”un sabiq futbolçusu Zaqatalanın “Simurq” komandasına baxışa gəlib

“Yuventus”un sabiq futbolçusu Zaqatalanın “Simurq” komandasına baxışa gəlib
# 25 yanvar 2012 14:04 (UTC +04:00)
Bakı-APA. Zaqatalanın “Simurq” futbol komandası İtaliyanın “Yuventus” klubunun sabiq oyunçusu Sergey Kovalenkonu baxışa dəvət edib. Bu haqda apasport.az saytına məlumat verən klubun icraçı-direktoru Vaqif Əliyev Turin təmsilçisinin 3 il şərəfini qoruyan ukraynalı hücumçunun hazırda baş məşqçi Sergey Yuranın sərəncamında olduğunu bildirib.

O, 28 yaşlı legioneri Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Kutaisi “Torpedo”su ilə sabahkı yoxlama oyununda sınayacaqlarını deyib: “Kovalenko bu gün komandamızda ilk məşqinə çıxdı və yaxşı təsir bağışladı. Hər halda, 3 il “Yuventus”un heyətində yer alıb, sıradan legioner deyil. Kovalenko Belarusun “Belşina” klubundan gəlib. Hücumda, hücumameylli yarımmüdafiəçi kimi oynayır ki, bizə də məhz bu mövqelərə futbolçu lazımdır”.

Sergeyin peşəkar karyerasında ilk klub məhz “Yuventus” olub. Ancaq o, 2001-04-cü illərdə formasını geydiyi bu komandanın əsas heyətinə düşə bilməyib. Ukraynalı 2 il Turun təmsilçisinin əvəzedici heyətində keçirəndən sonra İtaliyanın aşağı divizion təmsilçisi “Lodidjani”yə icarəyə verilib. Bu komandada 2003/04 mövsümündə 4 oyun keçirən Kovalenko “Yuventus”la müqaviləsi bitəndən sonra Apennin yarımadasından gedib.

2004-cü ildə Belçikaya gələn hücumçu 2 il “Standard”da oynayıb (2004-06-cı illər, 55 oyun, 8 qol). Burada çıxışı uğurlu alınan ukraynalı Belçika çempionatının gümüş medalını qazanıb, ölkə kubokunda yarımfinala kimi irəliləyib. Ancaq növbəti mövsümdə məhsuldarlığı aşağı düşdüyünə görə “Lokeren”ə icarəyə verilən Sergey orada cəmi 1 oyun keçirib. Bu da sonradan oyuna daxil olma zamanı reallaşıb və həmin komandanın baş məşqçisi Slavolyub Muslimlə münaqişəsi olan futbolçu oradan tez gedib.

2007/08 mövsümündə Belçikanın digər təmsilçisi “Ruselar”da 8 oyun keçirən Kovalenko ardınca vətəninə qayıdıb. 2008-ci ildə müqavilə bağladığı “Volın”da 4 matçda meydana çıxan hücumçu bundan sonra Belarusda çıxış edib. O, 2009-cu ildə Jodinonun “Torpedo” klubunda 24 oyunda, son 2 ildə çıxış etdiyi “Belşina”da 31 matçda 4 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR