Bank Of Baku

Futzal üzrə Serbiya yığmasının baş məşqçisi: “Azərbaycanla matç məqsədimizə gedən yolda ən vacib oyunumuzdur”

Futzal üzrə Serbiya yığmasının baş məşqçisi: “Azərbaycanla matç məqsədimizə gedən yolda ən vacib oyunumuzdur”
# 27 yanvar 2012 10:18 (UTC +04:00)
Bakı-APA. “Son 3 ildəki nəticələrimizə əsasən UEFA-nın reytinqində yüksək yerlərdə qərarlaşmışıq. Avro-2012-nin final mərhələsində məqsədimiz bunun təsadüf olmadığını göstərməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Serbiya yığmasının baş məşqçisi Asa Kovaçeviç deyib.

Yanvarın 31-də Xorvatiyada start götürəcək Avropa çempionatının final mərhələsinin qrup oyunlarda Azərbaycan yığmasına rəqib olan serblər üçün millimizlə matç həlledici olacaq: “Hədəfimiz yarımfinala çıxmaqdır. Lakin bu asan olmayacaq. Çünki rəqiblərimiz Azərbaycan və Portuqaliyadır. Onların hər ikisi favorit adına iddia edir. Fevralın 1-də Azərbaycanla keçirəcəyimiz ilk qarşılaşma məqsədimizə gedən yolda ən vacib oyunumuz olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR