Bank Of Baku

Azərbaycan milli komandasına cəlb edilən braziliyalı futbolçu vətəninə qayıtmağa qərar verib

Azərbaycan milli komandasına cəlb edilən braziliyalı futbolçu vətəninə qayıtmağa qərar verib
# 27 yanvar 2012 10:26 (UTC +04:00)
Bakı-APA. “Bakı” futbol komandasının transferə çıxardığı Fabio Luis Ramim Azərbaycanı tərk edir. Bu haqda apasport.az saytına milliləşdirilən braziliyalı yarımmüdafiəçinin özü məlumat verib.

Ramim qış fasiləsində ölkəmizdə özünə hələ ki, yeni klub tapa bilməyib. Bununla yanaşı, millimizə də cəlb olunan 30 yaşlı futbolçu daha bir problemi aradan qaldırmaq arzusundadır: “Son günlərdə “Bakı”nın əvəzedici heyətində məşq edirəm ki, bu, formamı saxlamaq üçündür. Ancaq zədəm yenə özünü göstərir. Dizimdə ağrılar qalıb. Bunu aradan qaldırmağım üçün tam müalicə olunmağım lazımdır. Bu məqsədlə vətənimə yollanmaq fikrindəyəm”.

Ramim artıq gələn həftə Braziliyaya gedəcəyini söylədi: “Orada 2 aya yaxın qalıb, tam sağalmaq istəyirəm. Bilirəm ki, qayıtdıqdan sonra Azərbaycanda başqa kluba keçə bilməyəcəyəm. Çünki həmin vaxt “transfer pəncərəsi” bağlanacaq. Karyeramı Braziliyada yox, Azərbaycanda davam etdirmək istərdim. Ancaq təklif olmadığından, hələ ki özümə yeni komanda tapa bilməmişəm”.

Qeyd edək ki, Fabio 2005-ci ilin qışından fasiləsiz ölkəmizdə çıxış edir və çempionluq, kubok qazandığı “Bakı”ya qədər “MKT-Araz”, “Olimpik”də oynayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR