Bank Of Baku

“Turan” futbol komandasındakı qeyri-müəyyənliyə son qoyulub

“Turan” futbol komandasındakı qeyri-müəyyənliyə son qoyulub
# 27 yanvar 2012 10:37 (UTC +04:00)
Bakı-APA. Bu gün “Turan” futbol komandasının üzvləri Tovuz rayon icra başçısı Tofiq Zeynalovla görüşüb. Apasport.az saytının məlumatına görə, klubun prezidenti Musa Süleymanovun maddi problemlərlə bağlı açıqlamalarından sonra komandanı himayədarlığa götürən Zeynalov toplantıda qeyri-müəyyənliyə son qoyub. İcra başçısı kluba nəzarəti Tovuz rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərova tapşırıb.

Azərbaycan Premyer Liqasının təmsilçilərindən hələ ki, hazırlığa başlamayan yeganə klub məhz “Turan”dır ki, son pillənin sahibi bu gün doğma məkanda yığışacaq. Komanda sabiq baş məşqçisi Rasim Əliyevin rəhbərliyi altında bir araya gələcək. Tovuzlu gənc çalışdırıcı 2008/09 mövsümünün gedişində də klubun “sükanı arxası”na gətirilərək, Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirə bilmişdi. Zeynalovun məhz Əliyevə etimad göstərməyi “Turan”da son yarım ildə 2-ci baş məşqçi dəyişikliyinin reallaşmağı deməkdir. Yəni Bakıda olan baş məşqçi Əsgər Abdullayevin Tovuza dəvət edilməməyi onun istefaya göndərilməyi anlamına gəlir. Abdullayevin köməkçisi olan Eltay Aslanov işini davam etdirəcək.

Qeyd edək ki, Zeynalov komandanın dərhal hazırlığa başlamağını, Premyer Liqada yerini qorumağı, Tovuzda futbol ənənələrinin davam etdirilməsini qarşıya vəzifə qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR