Bank Of Baku

Türkiyə Futbol Federasiyasının prezidenti istefa verib

Türkiyə Futbol Federasiyasının prezidenti istefa verib
# 31 yanvar 2012 15:59 (UTC +04:00)
Bakı – APA. Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Əli Aydınlar vəzifəsindən istefa verib. APA-nın xəbərinə görə, M. Ə. Aydınlarla birlikdə iki vitse-prezident – Göksəl Gümüşdağ və Lütfü Arıboğan da istefaya gediblər. Fevralın 27-də TFF-nin yeni prezidentini seçmək üçün fövqəladə qurultay keçiriləcək.

Xatırladaq ki, danışılmış oyunlarla bağlı istintaq və həbslərlə əlaqədar ötən ilin iyulundan bəri Türkiyə futbolunda ciddi böhran yaranıb. Qalmaqalda “Fənərbağça” başda olmaqla 8 klubun adı keçir. TFF UEFA-nın israrlarına baxmayaraq, indiyə qədər bu klublara cəza verməyib. Son olaraq UEFA TFF-dən cəzaları tezləşdirməyi tələb etmişdi.

Onu da qeyd edək ki, M. Ə. Aydınlar “Fənərbağça” klubunun üzvüdür. Onun “”Fənərbağça”ya cəza verən prezident olaraq tarixə keçmək istəmirəm” dediyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR